Şagirdlər dərslikləri nə zaman qaytarmalıdır?

  02 İyun 2020    Oxunub : 2287
   Şagirdlər dərslikləri nə zaman qaytarmalıdır?
“9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilər”.
Azvision.az -ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, II-IV, VI-VIII, X siniflərdə bu proses 1-15 avqustda, I-V siniflərdə isə dərsliklərin qaytarılması 1-15 sentyabrda davam edəcək. O, qeyd edib ki, istənilən fiziki təmas prosesində Operativ Qərargahın qaydalarına əməl edilməlidir.


Azvision.az

Teqlər: Kitab