"Dərs vaxtı"nın sabaha olan cədvəli

"Dərs vaxtı"nın sabaha olan cədvəli
  02 İyun 2020    Oxunub:3480
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:15-də XI sinif - Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:00-da - X sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:40-da IX sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 12:35-də V sinif - İngilis dili, Azərbaycan dili, Təsviri İncəsənət; 13:10-da II sinif - Azərbaycan dili, Musiqi; 13:25-də I sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri; 13:55-də - Futbol dərsi olacaq.

Rus bölməsi üçün sabah saat 14:00-da - II sinif - Rus dili Riyaziyyat, Həyat bilgisi; 14:35-də VI sinif - Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:10-da VIII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:50-də XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.

Azvision.az



Teqlər: Dərs  





Xəbər lenti