Rezidenturaya qəbul imtahanının vaxtı bilindi

Rezidenturaya qəbul imtahanının vaxtı bilindi
  01 İyun 2020    Oxunub:2627
Rezidentura imtahanı avqust ayının əvvəlində keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahan 2 mərhələdə olacaq.

“Bu mərhələlər arasında bir həftə -10 gün fasilə nəzərdə tutulur. Rezidentura imtahanları iyun-iyul ayında keçirilməyəcək”.

Aytə Zəhra
Azvision.az



Teqlər: DİM   Rezidentura  





Xəbər lenti