Buraxılış imtahanlarının vaxtı məlum oldu - SİYAHI

  01 İyun 2020    Oxunub : 2747
 Buraxılış imtahanlarının vaxtı məlum oldu -  SİYAHI
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
DİM-dən Azvision.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

6 iyun 2020 - Qaradağ (Bakı), Şirvan

1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;

2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020 - Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;

3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020 - Bərdə*(I hissə)

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020 - Siyəzən, Xızı

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı

6 iyun 2020 - Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar

1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020 - Cəlilabad, Qobustan

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı

6 iyun 2020 - H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı

7 iyun 2020 - Pirallahı (Bakı)

1. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;

2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

7 iyun 2020 - Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər.

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı;

3. Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

7 iyun 2020 - Ağdam, Füzuli

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı

7 iyun 2020 - Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran

1. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

2. Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

7 iyun 2020 - Ağsu

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı

Qeydlər:

- Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcək.

- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Azvision.az

Teqlər: DİM   İmtahan