“PSJ” və “İnter” İkardinin transferini razılaşdırdı

  30 May 2020    Oxunub : 4157
“PSJ” və “İnter” İkardinin transferini razılaşdırdı
Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandası və Milanın “İnter” klubu argentinalı hücumçu Mauro İkardinin transferi barədə razılığa gəliblər.
Azvision.az -ın məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb.

O bildirib ki, “Milan” 27 yaşlı hücumçu üçün təxminən 50 milyon avro ödəyəcək.

Xatırladaq ki, Fransa çempionatının cari mövsümündə İkardi 20 oyun keçirib və 12 qol vurub.

Azvision.az

Teqlər: İkardi   PSJ