Şahmat üzrə dünya çempionatı təxirə salındı

  24 May 2020    Oxunub : 6804
Şahmat üzrə dünya çempionatı təxirə salındı
Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.

Azvision.az

Teqlər: Şahmat   Yarış