Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınma qaydaları

  19 May 2020    Oxunub : 2510
Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınma qaydaları
Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası qaydaları ilə bağlı əsas məqamlar açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir.

Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az vasitəsilə həyata keçirilir. İnternet səhifəsinin “Nostrifikasiya – Tələb olunan sənədlər” bölməsində müvafiq sənədlərin siyahısı və yüklənmə qaydası barədə məlumat verilir. Proses zamanı rast gəlinən hər hansı problemlə bağlı şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməklə, [email protected] ünvanına müraciət etmək olar.

Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün mayın 31-dək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq.

Vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olması tövsiyə edilir.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi