Müəllimlərə yenidən şans verilir

Müəllimlərə yenidən şans verilir
  18 May 2020    Oxunub:4284
Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq 19 may saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.

Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti