Nizami Gəncəvinin irsi araşdırılır

Nizami Gəncəvinin irsi araşdırılır
  08 Yanvar 2014    Oxunub:1196
Nizami Gəncəvinin irsi tanınmış tədqiqatçılar tərəfindən araşdırılır
İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri cənab Dr. İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərinin tanınmış tədqiqatçılar tərəfindən araşdırılmasına başlanılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin yaradıcılıq irsi ətrafında aparılmış elmi-tədqiqatları müxtəlif dillərdə nəşr etdirməyi planlaşdırır.

Azərbaycan Diaspora Komitəsindən AzVision.az-a verilən məlumata görə, mərkəzin əsas məqsədi Şərq mədəniyyətinin dahisi olan Nizami Gəncəvinin dünyada tanıtdırılması, onu yaradıcılığının əsaslandığı dəyərlərin təbliğ olunmasıdır.

Qeyd edək ki, artıq tədqiqatların aparılması ilə bağlı Hindistan, Amerika Birləşmiş Ştatları, Misir Ərəb Respublikası, Böyük Britaniya Krallığı, Fransa da mövcud arxivlərin araşdırılmasına başlanılıb. Bundan başqa İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi irsinə aid olan ədəbiyyatların kataloqlaşdırılması da nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti