Futzal üzrə dünya çempionatı təxirə salındı

  12 May 2020    Oxunub : 5330
Futzal üzrə dünya çempionatı təxirə salındı
FIFA futzal üzrə dünya çempionatının təxirə salınmasına dair qərar qəbul edib.
Azvision.az xəbər verir ki, yarış 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək baş tutacaq. Bundan başqa, Kosta-Rikada və Panamada təşkil olunacaq qadınlar arasında U-20 dünya çempionatını da 2021-ci ilə təxirə salıb. Mündial yanvarın 20-dən fevralın 6-dək keçiriləcək.

U-17 qızlar arasında Hindistanda keçirilməsi planlaşdırılan dünya çempionatı isə həmin il fevralın 17-dən martın 7-dək təşkil olunacaq.

Azvision.az

Teqlər: FİFA