Azərbaycan çempionatları ləğv olundu

   Azərbaycan çempionatları ləğv olundu
  11 May 2020    Oxunub:8792
Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqasında 2020/21 mövsümü ləğv olunub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası qərar qəbul edib..

Federasiya ölkə çempionatlarında eyni sayda oyunların keçirilməməsi və təxirə salınan qarşılaşmaların olduğu üçün belə addım atıb.

Super Liqa və Yüksək Liqa ilə yanaşı, martın 14-də dayandırılan qadın və kişilər arasında I Liqanın nəticələri də ləğv edilib.

Azvision.az


Teqlər: Federasiya   Voleybol   Çempionat  





Xəbər lenti