Koronavirusdan zərər çəkən 10 məşhur futbolçu - SİYAHI

  11 May 2020    Oxunub : 12604
 Koronavirusdan zərər çəkən 10 məşhur futbolçu - SİYAHI
Koronavirus pandemiyası səbəbindən transfer qiymətində dəyər itirən futbolçuların ilk onluğu müəyyənləşib.

Azvision.az xəbər verir ki, onluğa "Barselona"da forma geyinən Lionel Messi başçılıq edir. Belə ki, hazırda dəyəri 175 milyon avro olan futbolçu La Liqa ləğv edilərsə 127, davam etdirilərsə, 134 milyon avro dəyərə sahib olacaq.
İkinci sırada "Mançester Siti"nin oyunçusu Kevin de Bruyne dir. Hazırda 130 milyon avro qiyməti olan futbolçu Premyer Liqa ləğv edilərsə, 99 milyon, davam etdirilərsə, 112 milyon avro dəyərə sahib olacaq.

Mövsümün ləğv olunduğu Fransa Liqa 1-də forma geyinən Neymar ın dəyəri 175 milyondan 137 milyona, komanda yoldaşı Kilyan Mbappe nin qiyməti 225 milyondan 177 milyon avroya düşüb. Bu iki futbolçu siyahıda müvafiq olaraq 3 və 4-cü yerlərdə qərarlaşıblar.

"Liverpul"da forma geyinən Məhəmməd Salah ın dəyəri liqa ləğv edilərsə, 155 milyon avrodan 124 milyona, davam etdirilərsə, 131 milyona düşəcək. Bu göstəriciyə görə misirli futbolçu 5-ci sırada qərarlaşıb. Onun komanda yoldaşı Sadio Mane isə 6-cıdır. Əgər liqa dayandırılarsa, Manenin dəyəri 141 milyondan 116 milyona, davam etirilərsə, 123 milyon avroya düşəcək.

7-ci sırada "Tottenhem"in ulduzu Hari Keyn dir. Premyer Liqa dayandırılarsa, Kerrinin qiyməti 135 milyondan 112 milyona, davam etdirilərsə, 117 milyon avroya düşəcək.

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq in dəyəri liqa dayandırılarsa, 150 milyon avrodan 129 milyona, davam etdirilərsə, 134 milyon avroya düşəcək. O, bu göstərici ilə siyahıda 8-ci sırada yer alıb.

9-cu yerdə Dortmund "Borusiya"sının futbolçusu Jadon Sanço dur. Bundesliqa dayandırılarsa, futbolçunun dəyəri 139 milyon avrodan 121 milyona, davam etdirilərsə, 127 milyona düşəcək.

Nəhayət, ilk onluğu "Mançestr Yunayted"in futbolçusu Markus Raşford qapadır. Premyer Liqa dayandırılarsa, Raşfordun qiyməti 109 milyondan 96 milyona, davam etdirilərsə, 101 milyon avroya düşəcək.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Futbol   Koronavirus