AFFA əvəzetmə sayı ilə bağlı açıqlama yaydı

AFFA əvəzetmə sayı ilə bağlı açıqlama yaydı
  09 May 2020    Oxunub:7284
AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.
Azvision.az qurumun saytına istinadən xəbər verir ki, AFFA-nın daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya müraciət etdiyini xatırladılıb.

"AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.

Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti