Püşk atıldı

Püşk atıldı
  15 Mart 2013    Oxunub:2145
2013-cü il martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında III Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib
AzVision.az-ın məlumatına görə, "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, İran, Tacikistan, Belçika, Türkmənistan, Hindistan, Çin və Mərakeş musiqiçiləri iştirak edirlər.

Azərbaycanı müsabiqədə Arzu Əliyeva, Aytən Məhərrəmova, Mirələm Mirələmov, Ariz Hüseynov, Səbinə Ərəbli, Abgül Mirzəliyev (xanəndələr), Aysu Sadıqova (qanun), Şəhriyar İmanov (ud), Şəhriyar Musayev (kamança), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Təbriz Yusifov (kamança) təmsil edirlər.
Məlumata görə, əvvəlki müsabiqələrdən fərqli olaraq bu ilki yarışma iki nominasiya - solo muğam və instrumental muğam ifaçılığı üzrə keçirilir. Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri Azərbaycanın Xalq Artisti Səyavuş Kərimidir. Solo muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidov daxildirlər.

İnstrumental muğam ifaçılığı müsabiqəsinin münsiflər heyətinin tərkibində Azərbaycandan Nazim Kazımov, Xalq Artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbok yer alıb.

Müsabiqə hər gün səhər saat 10:00-dan başlanacaq. Günün birinci yarısında instrumental muğam ifaçılığı, günün ikinci yarısında usə solo muğam ifaçılığı dinləniləcək.
Müsabiqə martın 15-dən 18-dək iki tur üzrə keçiriləcək. Birinci tur martın 15-də və 16-da, ikinci tur martın 17-də və 18-də keçiriləcək və sonuncu gün qaliblər elan ediləcək. Martın 19-da isə müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcək.



Teqlər:  





Xəbər lenti