Məşhur futbolçu koronavirusa qalib gəldi

  06 May 2020    Oxunub : 5264
Məşhur futbolçu koronavirusa qalib gəldi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Paulo Dibala koronavirusa qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu "İnstaqram" hesabında yazıb. O, koronavirusdan tam sağaldığını bildirib.

Qeyd edək ki, iki dəfə koronavirusa yoluxan Dibalanın son testi neqativ çxııb. O, artıq ev şəraitində karantin rejimini başa vurub.

Azvision.az

Teqlər: Dibala