“Avro-2020”yə alınan biletlərin pulu geri qaytarılır

  “Avro-2020”yə alınan biletlərin pulu geri qaytarılır
  06 May 2020    Oxunub:6817
Mayın 5-dən etibarən futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pulları geri qaytarılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) məlumat yayıb.

Bildiriıib ki, prosedur UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçiriləcək. Bundan əlavə, diqqətə çatdırılıb ki, alınan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə oluna bilər.

Qeyd edək ki, Avropa çempionatı koronavirusla əlaqədar 2021-ci ilin yayına qədər təxirə salınıb.

Azvision.az


Teqlər: Avro-2020  





Xəbər lenti