“Olimpiya günləri”nə start verildi

“Olimpiya günləri”nə start verildi
  03 May 2020    Oxunub:5254
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “CBC Sport” ölkə teleməkanında yeni layihəyə - “Olimpiya günləri” verilişinə start verib.
MOK-dan Azvision.az -a bildirilib ki, tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya Oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızı qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də komitə və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaçaçıları üçün cəlbedici olması nəzərdə tutulub. Proqramda Olimpiya idman növləri ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat verləcək, atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq.

Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günü saat 12:00-da yayımlanacaq.

Azvision.az


Teqlər: MOİK  





Xəbər lenti