İdmançılar və federasiya rəsmiləri videokonfransda görüşdü
Qarşıdakı günlərdə BOK-un Olimpiya Oyunlarına təsnifat prosesi ilə bağlı yenilənmiş qanunları açıqlayacağı haqda da idmançılara məlumat verilib. Bundan başqa, Tokio-2020-də iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış milli atletlərimizin karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib.
Videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin də yüksək səviyyədə qalması məsələsinin də diqqətdə saxlandığı qeyd olunub. Karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqda da fikir mübadiləsi aparılıb. Yeni layihələrə dair təkliflər müzakirə olunub Videokonfransın sonunda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, MOK və CBC Sport telekanalı yeni layihəyə - “Olimpiya günləri” verilişinə də start verib.
Azvision.az