Ukraynada 2325 tibb işçisində virus aşkarlanıb

Ukraynada 2325 tibb işçisində virus aşkarlanıb
  03 May 2020    Oxunub:3439
Ukraynada koronavirus infeksiyasına yoluxan tibb işçilərinin sayı 2325 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Nazir deyib ki, son bir gündə 502 nəfər koronavirusa yoluxub, onlardan 75-i tibb işçisidir. Ümumilikdə, pandemiya başlayandan 2325 tibb işçisi virusa yoluxub.

Xatırladaq ki, Ukraynada koronavirus infeksiyasına yoluxanların ümumi sayı 11 min 913-dür, onlardan 288 nəfər ölüb, 1547 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti