İspaniyada daha 164 nəfər koronavirusdan ölüb

İspaniyada daha 164 nəfər koronavirusdan ölüb
  03 May 2020    Oxunub:3169
İspaniyada son sutka ərzində 164 nəfər koronavirusdan ölüb. Bu, martın 18-dən sonra qeydə alınmış ən aşağı göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan bəri 25 min 264 nəfər koronavirusun qurbanı olub. Sutka ərzində 838 yoluxma halı qeydə alınıb, ümumi yoluxma sayı 217 min 466, sağalanlar isə 118 902 (son 24 saat ərzində - 1,654) nəfərdir.

Xatırladaq ki, bir gün əvvəl ölü sayı 276, aşkar edilmiş yoluxma sayı 1147 olub.

İspaniya pandemiya nəticəsində ən çox zərər çəkən ölkələrdən biridir. Hazırda qurbanların sayına görə ABŞ, İtaliya və Böyük Britaniyadan sonra dördüncü yerdədir. İspaniya yoluxma hallarının sayına görə isə ABŞ-dan sonra ikinci sıradadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus   Yoluxma   Ölüm   Statistika  





Xəbər lenti