ÜST-dən Çinə çağırış: Virusun mənşəyi araşdırılmalıdır

  ÜST-dən Çinə çağırış:  Virusun mənşəyi araşdırılmalıdır
  01 May 2020    Oxunub:2880
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin hakimiyyətini yeni növ koronavirusun yaranmasının araşdırılması məqsədilə mütəxəssislərini dəvət etməyə çağırıb.
Azvision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç məlumat verib.

Onun sözlərinə görə, ÜST xarici tərəfdaşlarla əməkdaşlıq etmək və Çin səlahiyyətlilərinin dəvəti ilə heyvan mənşəli bu xəstəliyin araşdırmasında iştirak etmək istəyir.

Dünən ÜST-in Çindəki nümayəndəsi Qauden Qalea Britaniyanın "Sky News" kanalına verdiyi müsahibədə özünün və təşkilatın mütəxəssislərinin sorğusuna baxmayaraq, Çindən koronavirus infeksiyasının mənşəyinin araşdırılmasında iştirak etmək üçün dəvət almadıqlarını söyləyib.

O vurğulayıb ki, bütün mövcud məlumatları nəzərə alaraq, ÜST virusun heyvan mənşəli olduğuna, insanlar tərəfindən yaradılmadığına əmindir, lakin təşkilatın mütəxəssislərinin infeksiyanın mənşəyini tam araşdırmaq üçün Uhandakı laboratoriyada işləməsinə ehtiyac var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Çin  





Xəbər lenti