“Formula 1” Bakıda sentyabrda keçiriləcək? - Rəsmi açıqlama

   “Formula 1” Bakıda sentyabrda keçiriləcək? -    Rəsmi açıqlama
  30 Aprel 2020    Oxunub:7072
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2020-ci ildə "Formula 1" Azərbaycan Qran-prisinin sentyabr ayının 6-da keçiriləcəyi ilə bağlı Almaniyanın “Bild” nəşrinin yaydığı məlumata aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, BŞH-dən verilən məlumata görə, "Formula 1" şirkəti çempionatın 2020 il üçün yeni təqvimini hələ elan etməyib. Bu səbəbdən hər hansı kütləvi informasiya vasitəsi tərəfindən yarışların tarixlərini açıqlayan məlumatlar həqiqətə uyğun deyil.

"Yarışın sentyabrın 6-da keçirilməsi qeyri-rəsmi məlumatdır və doğru deyil. Hazırda Bakı Şəhər Halqasının işçi heyəti məzuniyyətdədir və ölkədə karantin rejimi elan olduğuna görə yarışla bağlı heç bir tikinti işi aparılmır", - deyə BŞH-dən bildirilib.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti