Gülnarə Kərimovanın kobud səsi – VİDEO

  06 Yanvar 2014    Oxunub : 789
Gülnarə Kərimovanın kobud səsi – VİDEO
Gülnarə Kərimova yeni video yaydı.
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova “Yonimda boling” (“Mənimlə ol”) adlı yeni videoklipini təqdim edib.

Virtualaz.org saytı “Rosbalt”a istinadən bildirir ki, mahnı 2013-cü ilin mayında araya-ərsəyə gəlsə də onun təqdimatı bir qədər gecikib. G.Kərimova həmin klipi YouTube videosaytına yanvarın 2-də yerləşdirib, ona artıq 10 mindən çox adam baxıb. G.Kərimova özünün Twitter mikrobloqunda videoklipi “çoxdan gözlənilən hədiyyə” adlandırıb.

AzVision.az xəbər verir ki, G.Kərimova vokalla (metso-soprano) peşəkar şəkildə məşğul olmağına baxmayaraq xərclənən pullarnan kobud səsini bu qədər düzəldə bilib. Ən adi musiqiçi belə mahnıya qulaq asdıqda prezident qızının musiqi “duyumunun” zəif olduğunu sezə bilər. O, “Ququşa” təxəllüsü ilə mahnı oxuyur, şer yazır və mahnılar bəstələyir. G.Kərimova bundan əvvəl üç musiqi klipində çəkilib. Onların birində (“Səma susur”) məşhur fransız aktyoru Jerar Depardye ilə birgə çəkilib. Daha iki klipi isə “How Dare” və “RoundRun” adlanır.


Teqlər: