"Ermənistanda hüquq-mühafizə orqanı mövcud deyil" - Vanetsiyan

"Ermənistanda hüquq-mühafizə orqanı mövcud deyil" -   Vanetsiyan
  29 Aprel 2020    Oxunub:3285
Ermənistanın baş naziri Nikol Paşinyanın səriştəsiz rəhbərliyi nəticəsində polis hüquq-mühafizə orqanı kimi hazırkı şəraitdə mövcud deyil.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan "Twitter" səhifəsində yazıb.

"Dünən Qavarda baş vermiş hadisələr bu həqiqəti tamamilə təsdiqləyir", - deyə Vanetsyan vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistanda baş vermiş silahlı insdent zamanı iki nəfər ölüb, 4 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti