Repetitorluq fəaliyyətinə dair təqdimatlar hazırlanır

 Repetitorluq fəaliyyətinə dair təqdimatlar hazırlanır
  27 Aprel 2020    Oxunub:3566
Bu gündən fərdi tədris, repetitor fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Belə məşğələlərin təşkili zamanı insanların sağlamlığını nəzərə almalıdırlar.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə onlayn tədrisin təşkilinə önəm verilməsini tövsiyə edib: "Əminəm ki, müəllimlər hazırlıqların onlayn şəkildə keçirilməsinə üstünlük verəcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Brifinq  





Xəbər lenti