“Zoom”un qarşısıalınmaz yüksəlişi: Dəyəri 42 milyard dollar oldu
Şirkətin sahibi Erik Yuan koronavirus böhranı şəraitində şəxsi sərvətini ən çox artıran iş adamı olub. Belə ki, onun sərvəti 121 faiz artaraq, 8 milyard dollara çatıb. Bu göstəriciyə görə Erik Yuan dünyanın 182-ci ən zəngin adamıdır.
Qeyd edək ki, Çin əsilli amerikalı iş adamı şirkətini 2011-ci ildə, 50 yaşında olarkən qurub. Buna qədər Erik Yuan "Cisco Systems"'in mühəndislik bölməsinin direktor müavini vəzifəsində çalışıb. Mənzil-qərargahı Kaliforniyada yerləşən şirkətin dəyəri hazırda 42 milyard dollardır.
Kənan Məmmədov
Azvision.az
Teqlər: Zoom Videokonfrans