Boris Conson aprelin 27-də işə başlayacaq

Boris Conson aprelin 27-də işə başlayacaq
  26 Aprel 2020    Oxunub:3289
Böyük Britaniyanın Baş Naziri Boris Conson aprelin 27-dən vəzifəsinin başında olacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" hökumət başçısının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, B.Conson koronavirusa yoluxduğu üçün aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. O, bir neçə gün reanimasiyada qaldıqdan sonra palatada müalicəsini davam etdirib. Hazırda Baş Nazirin vəziyyəti yaxşıdır.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Conson   Koronavirus  





Xəbər lenti