Bu ölkədə karantin müddəti üçüncü dəfə uzadıldı

Bu ölkədə karantin müddəti üçüncü dəfə uzadıldı
  26 Aprel 2020    Oxunub:4414
Argentinada karantin rejimi mayın 10-a qədər uzadılıb.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, Argentina Prezidenti Alberto Fernandez ölkədə karantin rejimini 10 maya qədər artırmaq qərarına gəlib.

Argentinada karantin rejimi 10 martdan 12 aprelə, daha sonra 26 aprelə qədər uzadılmışdı.

Karantin rejiminin yumşaldılmasından danışan dövlət başçısı bildirib ki, lazımı qaydalara və təhlükəsizlik tədbirlərinə riayyət edərək hər kəs, o cümlədən, uşaqlar bir nəfərin müşayiəti ilə ictimai nəqliyyatdan istifadə etmədən evindən 500 metr aralıqda gəzintiyə çıxa bilər.

“Bu, velosiped sürmək və ya idman etmək üçün deyil. Çünki idmanla virusa yoluxmanın sürətləndiyi qeyd edilir. Karantinin aradan qaldırılması üçün isə iki etap var. İqtisadiyyatın bərpası və iş yerlərinin açılması hamını narahat edir. Amma mən virusa yoluxmuş işçi yerinə bir fabrikin bağlı olmasını üstün tuturam”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Argentina   Karantin  





Xəbər lenti