Rusiyada koronavirusa yoluxanların sayı 75 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 75 minə çatır
  25 Aprel 2020    Oxunub:1650
Rusiyada sutka ərzində 5 966 koronavirusa yeni yoluxma halı qeydə alınıb. Ölkədə xəstəliyə ümumi yoluxanların sayı 74 588-ə yüksəlib.
Azvision.az "RİA-Novosti"yə istinadla xəbər verir ki, yeni yoluxma halları Rusiyanın 83 regionunda qeydə alınıb.

Sutka ərzində xəstəlikdən 682 nəfər sağalıb, 66 nəfər ölüb. Ölkədə ümumi sağalanların sayı 6 250 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti