Pandemiya qurbanlarının sayı 197 mini keçib

 Pandemiya qurbanlarının sayı 197 mini keçib
  25 Aprel 2020    Oxunub:3325
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 831 min 915 nəfərə çatıb.
Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 197 min 318 nəfərdir. İndiyədək 807 min 37 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  





Xəbər lenti