ABŞ-da bir gündə 3 mindən çox insan koronavirusdan öldü

 ABŞ-da bir gündə 3 mindən çox insan koronavirusdan öldü
  25 Aprel 2020    Oxunub:2914
ABŞ-da son sutka ərzində koronavirusa yoluxmadan 3332 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin ümumi sayı 51 min 17, yoluxma sayı isə 890 min 524 nəfərə çatıb. Sutka ərzində 28 min 819 yeni yoluxma qeydə alınıb.

ABŞ koronavirusa yoluxma və ölü sayına görə dünyada birinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti