Fransada pandemiya qurbanlarının sayı 22 mini ötüb

Fransada pandemiya qurbanlarının sayı 22 mini ötüb
  25 Aprel 2020    Oxunub:3055
Fransada son sutka ərzində 389 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon bildirib.

Onun sözlərinə görə, Fransada epidemiya başlayandan 22 min 245 nəfər dünyasını dəyişib. Qocalar evlərində, tibbi və sosial müəssisələrdə ölənlərin sayı 8300 nəfərdir. Koronavirusa yoluxanların ümumi sayı isə 122 min 577-ə çatıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti