Belarusda bir gündə 751 nəfər koronavirusa yoluxdu

Belarusda bir gündə 751 nəfər koronavirusa yoluxdu
  24 Aprel 2020    Oxunub:2225
Belarusda son sutka ərzində 751 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 8773 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı isə 3 nəfər artaraq 63 olub. İndiyədək 1120 nəfər xəstəlikdən sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti