Gürcüstanda bir sıra məhdudiyyətlər aradan qaldırılır

 Gürcüstanda bir sıra məhdudiyyətlər aradan qaldırılır
  24 Aprel 2020    Oxunub:3215
Gürcüstanda aprelin 27-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hakimiyyət bütün onlayn ticarətə, istənilən məhsulun çatdırılmasına və bazarların fəaliyyətinə, avtomobillərin hərəkətinə icazə verəcək.

Baş Nazir, eyni zamanda qeyd edib ki, bu, məhdudiyyətlərin aradan qaldırılmasının ilkin mərhələsi olacaq. Digər məhdudiyyətlərin götürülməsi tədricən hər iki həftədən bir tətbiq olunacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti