İranda COVID-19-a yoluxma sayı 88 mini keçdi

İranda COVID-19-a yoluxma sayı 88 mini keçdi
  24 Aprel 2020    Oxunub:1826
İranda son sutka ərzində 1168 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 88 min 194 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı isə 93 nəfər artaraq 5574 olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti