ABŞ-da 50 mindən çox insan koronavirusdan ölüb

ABŞ-da 50 mindən çox insan koronavirusdan ölüb
  24 Aprel 2020    Oxunub:2166
ABŞ-da son 24 saat ərzində 37 min 617 nəfər koronavirusa yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 886 min 709 nəfərə çatıb.

Koronavirus qurbanlarının sayı isə 2562 nəfər artaraq 50 min 243 olub.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti