Rusiyada bir gündə 5849 nəfər koronavirusa yoluxdu

Rusiyada bir gündə 5849 nəfər koronavirusa yoluxdu
  24 Aprel 2020    Oxunub:2015
Rusiyada son sutka ərzində 5849 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 68 min 622 nəfər olub.

Koronavirus qurbanlarının sayı 60 nəfər artaraq 615-ə yüksəlib. İndiyədək 5568 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   virus  





Xəbər lenti