İsraildə COVID-19-a yoluxanların sayı 15 minə çatır

İsraildə COVID-19-a yoluxanların sayı 15 minə çatır
  24 Aprel 2020    Oxunub:1582
İsraildə son sutka ərzində 79 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 14 min 882 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 1 nəfər artaraq 193 nəfər olub. Bu günədək 5685 xəstə sağalıb, 139 nəfərin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   virus  





Xəbər lenti