Türkiyədə koronavirusa yoluxma sayı 100 mini ötdü

   Türkiyədə koronavirusa yoluxma sayı 100 mini ötdü
  24 Aprel 2020    Oxunub:3087
Türkiyədə son sutka ərzində 115 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3116 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2491, yoluxanlar isə 101 min 790 nəfərə çatıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti