Koronavirusdan ölənlərin sayı 187 mini keçdi

   Koronavirusdan ölənlərin sayı 187 mini keçdi
  24 Aprel 2020    Oxunub:3477
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 678 min 621 nəfərə çatıb.
Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 187 min 618 nəfərdir. İndiyədək 736 min 405 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti