Belarusda koronavirusa yoluxanların sayı 8 mini ötüb

Belarusda koronavirusa yoluxanların sayı 8 mini ötüb
  23 Aprel 2020    Oxunub:2366
Belarusda sutka ərzində 741 nəfər koronavirusa yoluxub. Bununla da virusa ümumi yoluxma sayı 8022 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pandemiya qurbanlarının sayı daha 2 nəfər artaraq 60-a yüksəlib, 938 nəfər isə xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti