Məşhur aktyor Koronaya məktub göndərdi: “Artıq sağalmışam...”

Məşhur aktyor Koronaya məktub göndərdi:  “Artıq sağalmışam...”
  23 Aprel 2020    Oxunub:2681
Məşhur amerikalı aktyor Tom Hanks adına görə ələ salınan Avstraliyadan olan Korona adlı məktəbliyə məktub yazıb və ona hədiyyə göndərib.
Azvision.az xəbər verir ki, bu barədə yerli "7 News" kanalı məlumat yayıb.

Səkkiz yaşlı Korona De Vris aprelin əvvəlində Hanks və həyat yoldaşı Rita Uilsona məktub ünvanlayıb. O, cütlüyün koronavirusa yoluxduğu barədə eşitdiyini və onların səhhəti ilə maraqlanıb. Əlavə edib ki, öz adını sevir, lakin məktəbdə onu koronavirus adlandırırlar və buna görə üzülür.

Hanks ABŞ-a qayıtdıqdan sonra oğlanın məktubuna cavab yazıb: "Həyat yoldaşım və mən məktubu almaqdan çox məmnun olduq. ABŞ-a qayıdarkən sizi televiziyada gördüm. Artıq onda sağalmışdım, sənin məktubun sayəsində isə daha tez sağaldım".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Korona  





Xəbər lenti