Türkmənistanda hələ də koronavirus yoxdur

   Türkmənistanda hələ də koronavirus yoxdur
  23 Aprel 2020    Oxunub:3780
Türkmənistanda koronavirusa yoluxma halı yoxdur. Əgər olsaydı, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verilərdi.

Azvision.az xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər nazirinin müavini Rəşid Meredov deyib. O bildirib ki, ölkəsi BMT-nin üzvü kimi məsuliyyət daşıyır və üzərinə öhdəliklər götürüb: "Ona görə də heç nə gizlətmirik".
Səhiyyə naziri Nurmuhammet Amannepesov isə vurğulayıb ki, ölkədə koronavirusa görə üç sərhəd karantin məntəqəsi açılıb.

"Hər cür şərait yaratmışıq. Türkmənbaşında 360 çarpayılıq karantin məntəqəsi mövcuddur. Türkmənbaşında Bakı limanı ilə gələn 67 vətəndaş var, bunlar yük maşını sürücüləri və gəmi ekipajıdır. Lebap əyalətində (Özbəkistanla sərhəd) ölkəyə girən 40-a yaxın vətəndaş var. "Karabogaz" sərhəd-keçid məntəqəsində (Qazaxıstanla sərhəddə) 44 vətəndaşın yerləşdiyi karantin zonasını təşkil etdik, bunlar ölkəyə daxil olan sürücülərdir", - deyən Səhiyyə naziri əlavə edib ki, Türkmənistana gələn hər kəs iki həftəlik karantinə alınır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkmənistan   Koronavirus  





Xəbər lenti