Səudiyyə tarixində ilk: Dövlət xərcləri azaldılır

  Səudiyyə tarixində ilk:  Dövlət xərcləri azaldılır
  23 Aprel 2020    Oxunub:2603
Səudiyyə Ərəbistanı səfər və ezamiyə xərclərini azaltmaq barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Krallığın maliyyə naziri Məhəmməd əl-Cedan bildirib.

Nazir, vurğulayıb ki, icrası nəzərdə tutulan layihələr də təxirə salınıb. Onun sözlərinə görə, COVİD-19 böhranından öncə 32 milyard dollara çatması gözlənilən xarici borcun 59 milyard dollar olacağı proqnozlaşdırılır:

"Virusla mübarizə edəcək və nəticələrini aradan qaldırmaq üçün iqtisadi gücə sahibik. Ancaq ilk dəfə qeyri-neft sektorunda mənfi göstəricilərlə qarşılaşacağıq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2020-ci ilin dövlət büdcəsinin xərcləri 272, gəlirləri isə 222 milayrd dollar müəyyənləşdirilmişdi. Martın 19-da neft qiymətinin düşməsindən sonra 13.3 milyard dollar kəsintiyə gedilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti