İranda koronavirusa yoluxma halları azalır

   İranda koronavirusa yoluxma halları azalır
  23 Aprel 2020    Oxunub:2707
İranda koronavirusa yoluxma halları azalmaqda davam edir. Son sutka ərzində 1030 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkə üzrə virusa ümumi yoluxma sayı 87026, sağalanlar isə 64843 nəfərdir. Ötən sutka ərzində 90 nəfər vəfat edib. Pandemiya qurbanlarının sayı 5481 nəfərdir.

Xatırladaq ki, 14 apreldən bəri İranda sutka ərzində ölənlərin sayı 100 nəfərdən aşağı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti