XİN: Çində vəhşi heyvanlar satılan bazar yoxdur
"Çində ən çox fermer bazarlarına və təzə ət, balıq, tərəvəz, digər dəniz, kənd təsərrüfatı məhsulları satılan bazarlara rast gəlmək olar. Quş əti satılan çox az bazar var", deyə diplomat bildirib.
O əlavə edib ki, belə bazarlar Çinlə yanaşı Cənub-Şərqi Asiyanın bir çox ölkələrində var və onlar beynəlxalq qanunlarla qadağan deyil.
"Vəhşi heyvanların ticarəti qanunsuzdur, bununla kim məşğul olsa, Çin qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunacaq", - XiN rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Çini və başqa ölkələri vəhşi heyvanların satıldığı bazarları bağlamağa çağırıb.
Pərvanə Sultanova
Azvision.az