İspaniyada bir gündə 440 nəfər koronavirusdan öldü

İspaniyada bir gündə 440 nəfər koronavirusdan öldü
  23 Aprel 2020    Oxunub:1738
İspaniyada son sutka ərzində 440 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İspaniyada pandemiya qurbanlarının sayı ümumi 22 min 157-yə çayıb.

Epidemiya başlayandan bəri 213 min 24 nəfər virusa yoluxub, bunun 4635-i son sutkada qeydə alınıb. Xəstəlikdən sağalanların sayı 89 min 250 (son sutkada 3335) nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti