Putindən güləşə dəstək

Putindən güləşə dəstək
  15 Mart 2013    Oxunub:2013
“Güləşin olimpiadalardan çıxarılması ədalətsizlikdir”
Putin olimpiya oyunlarından güləşin çıxarılmasının əleyhinədir. AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Olimpiya Komitəsinin bu addımını ədalətsizlik adlandırıb.

“Güləşin olimpiadalardan çıxarılması ədalətsizlikdir. Tarix boyunca olimpiadaların təməlini təşkil edən güləşin çıxarılması müdafiə oluna bilməz. Ümid edirəm ki, Beynəlxalq Olimpiya Komitəsindəki dostlarımızda bu məsələni müzakirə edəcəyik”-deyə, Putin qeyd edib.

Qeyd edək ki, Fevralın 12-si Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilən idman növlərinin siyahısını açıqlayıb. Siyahıda güləş idman növü yoxdur. Komitə rəsmiləri qərarlarını bununla əsaslandırıblar ki, Olimpiadaya yeni idman növləri daxil etmək üçün belə bir addım atmaq məcburiyyətində qalıblar. Amma bu barədə son qərar may ayında veriləcək.



Teqlər:  





Xəbər lenti