“Almaniya hələ böhrandan çıxa bilməyib” - Merkel

   “Almaniya hələ böhrandan çıxa bilməyib” -    Merkel
  23 Aprel 2020    Oxunub:1900
Almaniya koronavirusla mübarizədə müəyyən müvəffəqiyyət əldə edib, ancaq bütövlükdə vəziyyət kövrək olaraq qalır.
Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bundestaqdakı çıxışında bildirib. Onun sözlərinə görə, mövcud göstəricilər ölkənin doğru istiqamətdə olduğunu nümayiş etdirir.

"Məsələn, xəstəlik hallarının ortalama sayı azalıb. Belə ki, gündəlik yoluxanların sayı azalır, sağalanlar isə çoxalır. Bu, bir uğurdur, göstəricilər ümid yaratsa da, amma nəticə hələ kövrəkdir", - deyə Merkel lavə edib.

Kanslerin fikrincə, Almaniya hələ böhrandan çıxa bilməyib.

Qeyd edək ki, Robert Kox İnstitutu Almaniyada koronavirusa yoluxma sayının 148,046 (son sutkada 2352), ölənlərin sayının 5094 (sutka ərzində 215) nəfər olduğunu açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti