Rusiyada koronavirusa yoluxanların sayı 62 mini keçdi

  Rusiyada koronavirusa yoluxanların sayı 62 mini keçdi
  23 Aprel 2020    Oxunub:2781
Rusiyanın 81 regionunda sutka ərzində 4774 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxma sayı 62 min 773-ə çatıb. Onlardan 555 nəfər ölüb, 4891 xəstə sağalıb.

Bununla belə, Rusiyada artıq yoluxma sayı azalır. Belə ki, 21 aprel tarixində 5642, ötən gün isə 5236 yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti